Gimnastımız Polşada beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycan təmsilçisi Fərhad Vəliyev Polşada keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel beynəlxalq turnirində uğurlu çıxış edib.
Mediasport.az xəbər verir ki, idmançımız Krakov şəhərində təşkil edilən yarışda qızıl medal qazanıb.
Vəliyev bu nailiyyətə ikili mini batut mübarizəsində imza atıb.