Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımızın - SİYAHISI
Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmalarının heyətləri məlum olub.
mediasport.az xəbər verir ki, 86 idmançımız 13 idman növü - oxatma (1 nəfər, Krakov şəhəri); badminton (4 nəfər, Tarnow şəhəri); çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri); boks (12 nəfər, Novı Tarq şəhəri); qılıncoynatma (12 nəfər, Krakov şəhəri); cüdo (11 nəfər, Krniça-Zdroj şəhəri); karate (8 nəfər, Bielsko-Biala şəhəri); muay-tay (4 nəfər, Mişleniçe şəhəri); kikboksinq (2 nəfər, Krakov şəhəri); padel (2 nəfər, Krakov şəhəri); atıcılıq (10 nəfər, Vroxlav şəhəri); taekvondo (8 nəfər, Krniça-Zdroj şəhəri); triatlon (1 nəfər, Krakov şəhəri) üzrə mübarizə aparacaq.
İyunun 21-dən iyulun 2-nə qədər davam edəcək yarışda ölkəmizi aşağıdakı idmançılar təmsil edəcəklər:
Boks (12) - Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Loren Berto Alfonso Domingez, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva, Aynur Rzayeva.
Çimərlik futbolu (12) - Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov.
Cüdo (11) - Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova.
Qılıncoynatma (11) - Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev.
Atıcılıq (10 nəfər) - Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı.
Karate (8) - Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva.
Taekvondo (8) - Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova.
Badminton (4) - Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra, Era Məftuha.
Muay-tay (4) - Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova.
Kikboksinq (2) - Elşad Şahbazov, Fərid Ağamoğlanov.
Padel (2) - Nərminə Bağırova, Samirə Əliyeva.
Kamandan oxatma (1) - Yaylagül Ramazanova.
Triatlon (1) - Rostislav Pevtsov.