Fernandu Santuş İsveçrəyə yollandı

Fernandu Santuş İsveçrəyə yollandı

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.

Mediasport.az xəbər verir ki, tədbirə AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığmanın direktoru İlqar Qurbanov da qatılacaqlar.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.