Azərbaycan Yüksək Liqasında 2-ci tura Gəncədə yekun vuruldu
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, turun son matçı Gəncədə baş tutub.
“Milli Aviasiya Akademiyası” şəhərin eyniadlı komandasını məğlub edib - 3:2 (20:25, 21:25, 25:17, 25:18, 15:11).
Turun əvvəlki görüşlərində "Azərreyl" "Murov Az Terminal"ı (3:2), "Abşeron" isə UNEC-i (3:0) məğlub edib.