Azərbaycan İsveçə qarşı

Azərbaycan İsveçə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 yığmamız bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək.

mediasport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv İsveçdən olan həmyaşıdları ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtilə 19:00-da başlayacaq. U-21 üç gün öncə Macarıstan millisinə məğlub olub - 0:3.