"Bu qələbə Azərbaycan futbolunda dönüş olacaq" - Rövnəq Abdullayev

 "Bu qələbə Azərbaycan futbolunda dönüş olacaq" - Rövnəq Abdullayev

Azərbaycan milli komandası AVRO-2024-ün seçmə qrup mərhələsində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, yığmamızın İsveç üzərində 3:0 hesablı qələbəsini izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev də olub.

Federasiya rəhbəri matçdan sonra qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb.

Azərbaycan futbolu üçün önəmli oyunlardan biri oldu. Hər kəsi təbrik edirəm. Düşünürəm ki, bu qələbə artıq dönüş olacaq. Çempionat da maraqlı keçir. De Byazinin qalıb-qalmayacağını müzakirə etmək İcraiyyə Komitəsinin işidir. Onun fatihəsin verincə, gəlin, motivasiya edək Belçikada da qələbə qazansın”. 

AFFA prezidenti Belçikadakı nəticənin De Byazi üçün həlledici olacağını bildirib: “Bəli, həlledici olacaq”. 

R.Abdullayev mart ayında baş tutacaq AFFA prezidenti seçkilərində yenidən federasiya rəhbəri olacağı ilə bağlı suala isə belə cavab verib: “Ona baxarıq, hələ o vaxta kimi yaşamaq lazımdır”.