Azərbaycan - Şimali İrlandiya oyununun hakimləri açıqlanıb
Azərbaycanın U-21 yığmasının AVRO-2025-in seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Bakıda Şimali İrlandiya ilə keçirəcəyi oyununun hakimləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, “Azərsun Arena”da keçiriləcək qarşılaşmanı bolqarıstanlı Georgi Davidov idarə edəcək.
Georgi Doynov və Miroslav Maksimov köməkçi hakim, Kristian Kolev dördüncü hakim kimi meydana çıxacaqlar.
Onların işinə hakim-inspektor Sabri Çelik (Türkiyə) qiymət verəcək. Belaruslu Sergey İlyiç isə UEFA nümayəndəsi olacaq.
F qrupunun matçı saat 18:00-da başlanacaq.