Diniyevdən Türkiyədə növbəti qol, Bəxtiyar 1 xala sevinib
Türkiyə 1-ci Liqasında 15-ci tura bu gün start verilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Bodrumspor"un qonağı olub (1:1).
Müdafiəçimiz heç-heçənin qeydə alındığı matça start heyətdə başlayıb.
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin komandası "Ümraniyəspor" isə evdə "Keçiörəngücü"nü məğlub edib (2:0).
Diniyev matçda bir qol vurub və komandasının qazandığı qələbədə pay sahibi olub.
Beləliklə, Coşqunun Türkiyə kıubunda vurduğu qolların sayı 3-ə çatıb. Yarımmüdafıəçinin aktivində 1 məhsuldar ötürmə var.
Türkiyə 1-ci Liqası. 15-ci tur
"Bodrumspor" - "Tuzlaspor" 1:1
"Bandırmaspor" - "Kocaelispor" 0:3
"Ümraniyəspor" - "Keçiörəngücü" 2:0
"Sakaryaspor" - "Giresunspor" 3:1