"Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi oldunuz" - ŞƏHRİYAR

"Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi oldunuz" - ŞƏHRİYAR

"Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutan qrossmeyster Şəhriyar Məmmədyarov yarışda tarix yazdığını bildirib.

mediasport.az xəbər verir ki, 37 yaşlı zəka sahibi sosial şəbəkə hesabında azarkeşlərinə müraciət edib.

"Turnirdə tarix yazdım. Bu, unudulmayacaq. Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi oldunuz. Oyunlarımı çox sevdim. Sizin oyun sevginizi qazanmaqla geri dönəcəyəm".

Məmmədyarov “Aimchess Rapid”in finalında polşalı Yan Kşiştof-Dudaya uduzub.