FİDE prezidenti dünya çempionlarımızla görüşüb təbrik etdi
İtaliyada 20 yaşadək şahmatçılar arasında Dünya çempionatı başa çatıb.
mediasport.az xəbər verir ki, turnirin qalibi olan Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medalla kubok təqdim edilib.
Onların şərəfinə Azərbaycan himni səsləndirilib. Bağlanış mərasimindən sonra FİDE prezidenti Arkadi Dvorkoviç azərbaycanlı şahmatçıları qələbə münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
Gövhər Beydullayeva 20 yaşlılar arasında azərbaycanlı ilk qadın dünya çempionu olmaqla tarixə düşübsə, Abdulla Qədimbəyli Şəhriyar Məmmədyarovdan sonra dünya çempionu olan ikinic azərbaycanlı adını qazanıb.