İddiaçılar Turnirində 11-ci tur: Nicat Abasov Firuzcaya qarşı
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov Bakı vaxtilə saat 22:30-da Fransa şahmatçısı Əlirza Firuzca ilə qarşılaşacaq.
28 yaşlı qrossmeysterimiz 11-ci tur görüşünü qara fiqurlarla keçirəcək.
Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb, Firuzca 3,5 xalla yeddincidir.
Turnir aprelin 22-də yekunlaşacaq.
8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ qazanacaq.