FIFA Namiq Ələskərova görə bu klubu cəzalandırdı
FIFA Türkiyənin "Bursaspor" klubuna ağır cəza verib.
MediaSport.az xəbər verir ki, dünya futbol təşkilatı hazırda ikinci liqada çıxış edən kluba transfer qadağası qoyub.
Bursa təmsilçisi qarşıdakı iki "transfer pəncərəsi" zamanı heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Buna səbəb bir neçə futbolçuya borclarının olmasıdır. Açıqlamada bildirilib ki, "ağ-yaşıllar" Tim Mataj, Regi Baah Ofosu, Luka Çapan və hazırda "Sabah"da oynayan Namik Ələskərovla müqavilələri ləğv edərken qanunsuzluğa yol verib.
Namik 2021/2022-ci illər mövsümünü "Bursaspor"da keçirib. 27 yaşlı vinger Türkiyə klubunun heyətində 33 oyun keçirib, 6 qol vurub.