"Neftçi"də gözlənilməz ayrılıq - Rəhbər şəxs istefa verdi
"Neftçi" idman direktoru Yens Andersson ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirib.
İsveçli mütəxəssis Bakı klubunda 2023-cü ilin sentyabrından çalışırd.