“Formula 1” üzrə Braziliya Qran-prisinin qalibi müəyyənləşib
“Formula 1” üzrə dünya çempionatının 21-ci mərhələsinin Braziliya Qran-prisinin qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri “McLaren” komandasının üzvü Lando Norris tutub.
İlk "üçlüy"ü "Aston Martin"dən Fernando Alonso qapayıb.
Beləliklə, Ferstappen cari mövsüm 17-ci, ümumilikdə isə 52-ci qələbəsini qazanıb.