Ferstappen İtaliya Qran-prisini də qazanıb tarixi uğura imza atdı
İtaliyanın Monsa şəhərində keçirilən "Formula 1" üzrə İtaliya Qran-prisinin qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Red Bull"un pilotu Maks Ferstappen bütün rəqiblərini geridə qoyub.
Niderlandlı sürücü bununla da tarixi uğurz imza atıb. O, ardıcıl 10 yarışda qalib gələn ilk pilot adına sahib çıxıb.
Ferstappenin komanda yoldaşı Serxio Peres ikinci, "Ferrari"dən Karlos Sayns üçüncü olub.