Azərbaycan Qran-Prisində ilk qəza, pilot divara çırpıldı - FOTO
“Formula 2” üzrə Azərbaycan Qran-Prisində ilk qəza qeydə alınıb.
mediasport.az xəbər verir ki, sıralama turunda “PHM Racing”dən Bred Benavidesin bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və pilot yarışı davam etdirə bilməyib.