"France Football" "Qızıl top"u UEFA ilə birlikdə təqdim edəcək

"France Football" "Qızıl top"u UEFA ilə birlikdə təqdim edəcək

“France Football” nəşri 2024-cü ildən etibarən “Qızıl top” mükafatını UEFA ilə birlikdə təqdim edəcək.

Mediasport.az xəbər verir ki, tərəflər arasında bununla bağlı müqavilə imzalanıb.

Razılığa əsasən, səsvermə zamanı hər iki qurumun əməkdaşları birgə fəaliyyət göstərəcəklər. Növbəti ildən kişi və qadın futbolunda ilin ən yaxşı baş məşqçiləri üçün yeni mükafat da təsis ediləcək.

“Qızıl top” mükafatının builki qalibi argentinalı Lionel Messi olub.

Qeyd edək ki, "Ballon D'Or" mükafatı 1956-cı ildə təsis edilib və "France Football" nəşrinin təqdimatı ilə verilir. İstisna olaraq, 2010-2015 illərdə mükafatı FİFA təqdim edib.