UEFA ötən mövsümün ən yaxşısı olmağa 3 namizəd müəyyənləşdirdi

UEFA ötən mövsümün ən yaxşısı olmağa 3 namizəd müəyyənləşdirdi

UEFA 2022/2023-cü illər mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

mediasport.az xəbər verir ki, qalib adı uğrunda 3 namizəd var.

Bunlar PSJ-dən ayrılıb "İnter"ə (Mayami) keçən Lionel Messi və "Mançester Siti"nin futbolçuları - Kevin de Brüyne ilə Erlinq Haalanddır.

İlin ən yaxşı futbolçusunun adı avqustun 31-də Monakoda keçiriləcək Çempionlar Liqasının yeni mövsümünün qrup mərhələsinin püşkatma mərasimi zamanı açıqlanacaq.