DÇ-2022: Niderland yığması və 20 ildən sonra Seneqal 1/8 finala çıxdı

DÇ-2022: Niderland yığması və 20 ildən sonra Seneqal 1/8 finala çıxdı

Dünya Kuboku-2022-də bir qədər öncə A qrupunda 3-cü tura yekun vurulub.

mediasport.az xəbər verir ki, başa çatan 2 görüşdən sonra 1/8 finala vəsiqə qazanan daha 2 millinin adı rəsmiləşib.

Beləliklə, Niderland və Seneqal yığmaları qrupda müvafiq olaraq 1-2-ci yerləri tutmaqla DÇ-də iştiraklarını davam etdirmək hüququ qazandılar. Lui van Qallı "narıncılar"ın pley-offa çıxacağı sürpriz sayılmasa da, Aliu Sissenin baş məşqçisi olduğu afrikalıların 20 ildən sonra mundialda qrup mərhələsini adlaması maraq doğurmaya bilməz. Seneqal sonuncu dəfə "Fransa-98"də 1/8-ə çıxmışdı.

Gecə saatlarında eyni saatda start götürəcək İran - ABŞ və Uels - İngiltərə duellərindən sonra daha iki yığmanın mərhələ adlayacağı rəsmiləşəcək. Daha əvvəl isə Braziliya, Fransa və Portuqaliya bu vəzifənin öhdəsindən vaxtından əvvəl gəlib.


Dünya Kuboku-2022. Final mərhələsi. 3-cü tur


A qrupu

Ekvador - Seneqal 1:2 

Qollar: Moyzes Kaysedo, 68 - İsmaila Sarr, 44 (pen), Xalidu Kulibali, 70.

Niderland - Qətər 2:0

Qollar: Kodi Qakpo, 27, Frenki de Yonq, 50.