Futzal millimizdən böyükhesablı qələbə - yunanları darmadağın etdilər

Futzal millimizdən böyükhesablı qələbə - yunanları darmadağın etdilər

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün seçmə mərhələsinin 6-cı qrupunda ikinci oyununu keçirib.

mediasport.az xəbər verir ki, Joze Alesio da Silvanın başçılq etdiyi yığmamız səfərdə Yunanıstan millisinin qonağı olub.

İlk oyunda Polşa üzərində əzmkar qələbə (4:3) qazanan futzalçılarımız bu dəfə daha rahat oyunla yunanları darmadağın ediblər - 7:0.


Yunanıstan – Azərbaycan 0:7

Qollar: Rafael Vilela, 1'43, Xətai Bağırov, 5'00, 15'17, Qallo, 17'32, 24'28, Bolinya 26:28, Felipinyo, 38:52

Afina, “Teodoros Putos” idman zalı

Hakimlər: Ademir Avdiç, David Qlavonçiç, Corc Janzisan (hamısı İsveç)