"Şuşa" və "Trabzonspor" Azərbaycan 1-ci Liqasında - RƏSMİ
Futzal üzrə Birinci Liqanın 2023-2024-cü illər mövsümündə iştirak edəcək komandaların adları və sayı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, birincilikdə bu dəfə 12 komanda mübarizə aparacaq.
Oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Liqada mövsümə oktyabrda start veriləcək.
İştirakçı klublar bunlardır: “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa”, “Bakı” MFK.
Qeyd edək ki, ötən mövsüm liqada komanda sayı 10 idi. Azərbaycan Futzal Federasiyasından saytımıza verilən məlumata görə, 1-ci və 2-ci Liqalar birləşdirilib. Yarışda 2 yeni komanda var - Peşəkar Futbol Liqasının kollektivi və əvvəllər fəaliyyət göstərib dayanmış, sonradan bərpa edilmiş "Bakı" MFK.
Qeyd edək ki, Azərbaycan yalnız futzal üzrə Yüksək Liqada peşəkar klublar mübarizə aparırlar.