Azərbaycan çempionu rəqib qapısından 16 cavabsız top keçirib

Azərbaycan çempionu rəqib qapısından 16 cavabsız top keçirib

Futzal üzrə Yüksək Liqada 4-cü dövrə start verilib.

Mediasport.az xəbər verir ki, 16-cı tur çərçivəsində 3 görüş baş tutub.

"Neftçi" İK "Baku Fire" ilə 3:3 hesablı bərabərə qalıb,  son çempion "Araz-Naxçıvan" "Yasamal Bakı"nı darmadağın edib - 16:0.

U-19 isə "Record club"u darmağına məruz qoyub - 14:2.

Bu nəticələrdən sonra "Araz-Naxçıvan" 43 xalla liderdir.

"Baku Fire" 34 xalla ikinci, "Neftçi" İK 33 xalla üçüncü pillədə qərarlaşıb.

"Yasamal Bakı"nın 14, U-19-un 9, "Record club"un 4 xalı var.