"Gələcək üçün çox həyəcanlıyam"
"Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdir. Gələcək üçün çox həyəcanlıyam".
Mediasport.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın futbolçusu Marko Yankoviçə məxsusdur.
Monteneqrolu yarımmüdafiəçi şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
29 yaşlı futbolçu Ağdam klubunun heyətində 100-cü oyununu keçirməsi haqda təəssüratlarını bölüşüb:
"Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdilər. Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik".