"Traktor" İranda darmadağınla birinci pilləyə şərik olub

 "Traktor" İranda darmadağınla birinci pilləyə şərik olub

Futbol üzrə İran çempionatında 6-cı turun görüşləri keçirilir.

Mediasport.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Aluminium Arak"ı darmadağın edib - 4:0.

Bu qələbə aktivində 12 xal olan "al qurdlar"ı turnir cədvəlində "Sepahan"la birlikdə şərikli lider edib.

Lakin İsfahan təmsilçisi 2 oyun az keçirib.