"Gent" "Qarabağ"la oyun üçün bu futbolçuları sifariş edib - SİYAHI

"Gent" "Qarabağ"la oyun üçün bu futbolçuları sifariş edib - SİYAHI

Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində bu gün “Tofiq Bəhramov” stadionunda "Qarabağ"ın qonağı olacaq "Gent" axşamkı görüş üçün sifariş ərizəsini açıqlayıb.

mediasport.az xəbər verir ki, Belçika klubunun baş məşqçisi Heyn Vanhazebruk oyun üçün 19 futbolçunu sifariş edib.

Qapıçılar: Pol Nardi, Davi Ruf, Luis Fortin

Müdafiəçilər: Cozef Okumu, Maykl Nqado-Nqajui, Alessio Kastro-Montes, Cordan Torunariqa, Nuriu Fortuna, Bruno Qodo

Yarımmüdafiəçilər: Honq Hyun Suk, Julien de Sar, Endryu Yülsager, Sulayman Marreh, Sven Kums

Hücumçular: Yens-Petter Heuqe, Hugo Keypers, Malik Fofana, Gift Orban, Loran Depuatr

Maraqlıdır ki, UEFA-nın rəsmi saytında “Gent”in iştirak ərizəsində yer alan qapıçı Luis Fortinin adı yoxdur. Qarşılaşma Bakı vaxtilə saat 21:45-də başlanacaq.