Qayıdışını qolla qeyd edən Mahir bolqarları "cəzalandırdı" - FOTO
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) yoldaşlıq oyunu keçirir.
MediaSport.az xəbər verir ki, Xorvatiya təmsilçisi bu dəqiqələrdə Bolqarıstanın "MOİK 1948" komandası ilə qarşılaşır.
İkinci hissəsi 3:2 hesabı ilə xorvatların xeyrinə davam edən görüşdə ilk qolu yığmamızın forvardı vurub. Emreli 21-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu, qış fasiləsindən sonrakı hissəni icarə əsasında Türkiyə Superliqası təmsilçisi "Konyaspor"da keçirən Mahirin müqavilə ilə məxsus olduğu kluba qayıdışından sonra ilk qoludur.
*************************************************************************
Zaqreb təmsilçisi matçı qalib başa vurub - 3:2.
Ayxan