Azərbaycanın gənc gimnastları Niderlandda qızıl medal qazanıblar

Azərbaycanın gənc gimnastları Niderlandda qızıl medal qazanıblar

Azərbaycan batut gimnastları Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, ölkəmizi sinxron proqramda təmsil edən Əli Niftəliyev və Ammar Baxşaliyev qızıl medal qazanıblar.

Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc mükafata sahib çıxıblar.