"Cırtdan ölkə"nin italyan bombardiri dünyada hamını qabaqlayır
2024-cü ildə daxili çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) siyahıya ilin geridə qalan 3 ayı ərzində azı 9 qol vuran oyunçuların adlarını daxil edib.
Sıralamada ilk pillədə San Marino klubu "Tre Penne"nin forvardı İmre Badalazi dayanır. İtalyan hücumçunun aktivində 15 qol var.
İkinci yerdə dayanan uruqvaylı Martin Kauteruççio Perunun "Sportinq Kristal" komandasında 13 qol vurub.
İlk “üçlüy”ü 11 qolla Portuqaliya nəhəngi "Sportinq"in isveçli futbolçusu Viktor Qyokeres qapayır.
Siyahıda 32 futbolçu yer alıb.