"Qarabağ"ın rəqiblərindən "Malmö" uduzdu, FKSB qələbə ilə başladı
UEFA Avropa Liqasının əsas mərhələsinin birinci turunda daha 9 görüş keçirilib.
Mediasport.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" səfərdə "Tottenhem"ə uduzub.
"Köhlən atlar"ın rəqiblərindən "Malmö" Şotlandiya klubuna məğlub olub, FKSB Latviya təmsilçisini üstələyib.
Digər rəqibimiz "Ayaks" isə "Beşiktaş"a heç bir şans verməyib.
Türkiyənin digər təmsilçisi "Fənərbağça" İstanbulda "Union Sent-Jiloaz"dan güclü olub.
UEFA Avropa Liqası. Əsas mərhələ. 1-ci tur
26 sentyabr
"Fənərbağça" (Türkiyə) - "Union Sent-Jiloaz" (Belçika) 2:1
"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) 0:2
"Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) 4:0
"Roma" (İtaliya) - "Atletik" (İspaniya) 1:1
"Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail) 2:1
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Viktoriya" (Plzen, Çexiya) 3:3
FKSB (Rumıniya) - RFŞ (Latviya) 4:1
"Olimpik" (Lion, Fransa) - "Olimpiakos" (Yunanıstan) 2:0
"Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 3:0