İspaniya Kubokunda PÜŞK: 1/8 finalda Madrid derbisi olacaq
İspaniya Kubokunda 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, bu raundun ən maraqla gözlənilən qarşılaşması paytaxt Madriddə baş tutacaq.
Xavinin çalışdırdığı "Barselona" 1/4 finala vəsiqə qazanmaq uğrunda 3-cü Liqa təmsilçisi ilə qarşılaşacaq.
Cari mövsümün sürpriz komandası "Jirona" isə Madridin digər təmsilçisi ilə mübarizə aparacaq.
İspaniya Kuboku. 1/8 final mərhələsinin cütləri
"Unionistas" - "Barselona"
"Tenerife" - "Malyorka"
"Xetafe" - "Sevilya"
"Osasuna" - "Real Sosyedad"
"Valensiya" - "Selta"
"Atletik" - "Alaves"
"Atletiko" - "Real"
"Jirona" - "Rayo Valyekano"