Güllə atıcılarımız mərhələ keçə bilmədilər - Avropa Oyunları

Güllə atıcılarımız mərhələ keçə bilmədilər - Avropa Oyunları

Azərbaycan atıcıları Polşada keçirilən III Avropa Oyunlarında növbəti çıxışlarını başa vurublar.

MediaSport.az xəbər verir ki, Regina Meftahətdinova və Nurlana Cəfərova skit növündə, Nigar Nəsirova isə 25 metr məsafədən tapança ilə atəşaçmada qüvvəsini sınayıb.

R.Meftahədinova 125 hədəfdən 115-ni, N.Cəfərova 109-nu dəqiq nişan alıb. Onlar növbəti mərhələyə yüksələn 8 idmançı sırasına düşə bilməyiblər.

N.Nəsirova isə 282 xal toplayaraq, 35 iştirakçı arasında 30-cu yeri tutub.