Yığma komandamızın Almaniya turniri üçün heyəti açıqlanıb
Atıcılıq üzrə Azərbaycan miillisi Almaniyanın Münhen şəhərində keçiriləcək "2024 H&N" Kubokunda iştirak edəcək.
Mediasport.az xəbər verir ki, yığma komandamız səfərə 10 idmançı ilə yollanacaq.
Millimizin 6 üzvü kişi, 4-ü qadın atıcıdır.
İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.
Yarış 23-28 yanvar aralığında təşkil ediləcək.