Nigar Nəsirovadan tarixi uğur - 20 ildən sonra DÇ-də medal qazandıq
Azərbaycanın güllə atıcısı Nigar Nəsirova Misirin paytaxtı Qahirədə keçirilən Dünya çempionatında tarixi uğura imza ataraq bürünc medal qazanıb.
mediasport.az xəbər verir ki, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışlarının qalibi burada 50 metr məsafəyə atəşaçmada fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Azərbaycan bu idman növündə Dünya çempionatında sonuncu dəfə 20 il əvvəl medal qazanıb.