Həndbol üzrə Azərbaycan çempionatında ikinci tur başa çatdı
Kişi həndbolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.
mediasport.az xəbər verir ki, meydana əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar.
Görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb - 21:21. Qalibi müəyyənləşdirən penaltilər seriyasında zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” son çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib - 25:24.
Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30, "Təhsil" isə "U-16"ya 46:22 hesabı ilə qalib gəlib.