Daha iki turun oyunları keçirildi
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti iki turun oyunları keçirilib.
mediasport.az çempionatın XXV turu liderin xal itkisi ilə yadda qalıb.
Gərgin idman mübarizəsi şəraitində keçən “Dinamo” - “İdman Akademiyası” görüşündə qələbəni birincilər qazanıblar - 26:23.
Digər matçlarda “Təhsil” “Bakı”nı 28:27, U-16 RİOEUGİM-i 23:22 hesabı ilə məğlub edib.
26-cı turun “İdman Akademiyası” - “Dinamo” qarşılaşması bu dəfə revanşla nəticələnib. “Tələbələr” 24:23 hesablı qələbəni bayram ediblər.
Qalan görüşlərdə “Təhsil” “Bakı”dan (29:27), RİOEUGİM isə U-16-dan (31:22) üstün olub.
Turnir cədvəlinə 54 xalla "İdman Akademiyası" başçılıq edir. İkinci pillədə qərarlaşmış “Dinamo”nun aktivində 42 xal var. “Məhsul” 41 xalla üçüncüdür.