Azərbaycanlı deleqat Avropa Kubokuna təyinat alıb

Azərbaycanlı deleqat Avropa Kubokuna təyinat alıb

Həndbol üzrə beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, qadınlar arasında Avropa Kuboku turnirinin ikinci mərhələsinin “Ankara Yenimahalle BSK” – “Veneso Velo” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Sentyabrın 23-də Ankaranın “Qazi Mustafa Kamal Atatürk idman kompleksi”ndə keçiriləcək oyunu xorvatiyalı hakimlər briqadası idarə edəcək.