Həvəskar klub Erlinq Haaland üçün "Siti"yə rəsmi təklif göndərdi

Həvəskar klub Erlinq Haaland üçün "Siti"yə rəsmi təklif göndərdi

İngiltərə 7-ci liqasında yarışan "Əşton Yunayted" maraqlı addımı ilə dünyada gündəm olub.


mediasport.az xəbər verir ki, həvəskar komanda "Mançester Siti"in hücumçusu Erlinq Haalandı heyətinə qatmaq üçün "şəhərlilər"Ə rəsmi təklif göndərib.


Klub DÇ-2022-də olmayacaq forvardı 28 günlük icarəyə götürmək niyyətindədir. Bununla bağlı Mançester klubuna rəsmi dəvət də ünvanlayıblar. İngiltərə nəhənginin cavabı barədə məlumat paylaşılmayıb. 


Erlinq Haalandın formasını geyindiyi Norveç yığması Qətərdə keçiriləcək mundiala vəsiqə qazanmayıb.