Milli komandanın keçmiş hücumçusu özünü qatarın altına atdı - İNTİHAR

Milli komandanın keçmiş hücumçusu özünü qatarın altına atdı - İNTİHAR

Avstriya milli komandası və Madrid "Atletiko"sunun keçmiş hücumçusu Gerhard Rodaks intihar edib.

mediasport.az xəbər verir ki, 57 yaşlı veteran forvard özünü qatarın altına atıb. Onun cəsədi Traiskirhen şəhəri yaxınlığında aşkar edilib. Rodaksın psixoloji problemlərindən dolayı intihar etdiyi bildirilir.

Sabiq forvard Avstriya milli komandasının heyətində 20 oyuna 3 qol vurub. 27 dəfə formasını geyindiyi "Atletiko"da rəqib qapılarına 9 dəfə yol tapıb.