İspaniya Kubokunda 1/8 final: Madrid derbisi baş tutacaq

İspaniya Kubokunda 1/8 final: Madrid derbisi baş tutacaq

İspaniya Kubokunda 1/8 final mərhələsinə Madrid derbisi ilə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçiləri, əzəli rəqiblər "Atletiko" və "Real" birincilər stadionunda növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, tərəflər 8 gün öncə - yanvarın 10-da İspaniya Superkuboku çərçivəsində Səudiyyə Ərəbistanında qarşılaşıblar və oyun "kral klubu"nun 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniya Kuboku. 1/8 final mərhələsi

22:30 "Unionistas" - "Barselona"

00:30 "Atletiko - "Real"