"Yuventus"un forvardı AVRO-2024-dən kənarda qaldı - YEKUN HEYƏT
Futbol üzrə Polşa millisinin iyunun 14-də Almaniyada başlanacaq Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Mixal Probierz 26 nəfərlik son siyahıya "Yuventus"un hücumçusu Arkadiuş Milikin adını daxil etməyib.
Polyaklar D qrupunda Fransa, Niderland və Avstriya seçmələrinə rəqib olacaqlar.
Qapıçılar: Lukaş Skorupski (“Bolonya”, İtaliya), Voyçex Şensni (“Yuventus”, İtaliya), Marçin Bulka (“Nitsa”, Fransa);
Müdafiəçilər: Yan Bednarek (“Sauthempton”, İngiltərə), Bartoş Berezinski (“Empoli”, İtaliya), Pavel Davidoviç (“Verona”, İtaliya), Yakub Kivior (“Arsenal”, İngiltərə), Bartoş Salamon (“Lex”), Timoteuş Puhaç (“Kayzerslautern”, Almaniya), Sebastyan Valukeviç (“Empoli”, İtaliya);
Yarımmüdafiəçilər: Pjemislav Frankovski (“Lans”, Fransa), Yakub Moder (“Brayton”, İngiltərə), Yakub Pyotrovski (“Ludoqores”, Bolqarıstan), Bartoş Sliş (“Atlanta Yunayted”, ABŞ), Damian Şimanski (AEK, Yunanıstan), Sebastyan Şimanski (“Fənərbağça”, Türkiyə), Nikola Zalevski (“Roma”, İtaliya), Pyotr Zelinski (“Napoli”, İtaliya), Kamil Qrosiçki (“Poqon”), Taras Romançuk (“Yagelloniya”), Kasper Urbanski (“Bolonya”, İtaliya), Mixal Şkuraş ("Brügge", Belçika);
Hücumçular: Robert Levandovski (“Barselona”, İspaniya), Karol Sviderski (“Verona”, İtaliya), Kşiştof Pyontek (“İstanbul” BB, Türkiyə), Adam Buksa (“Antalyaspor”, Türkiyə).