Dünyanın ən bahalı idman klubları: "10-luq"da futbol klubu yoxdur

Dünyanın ən bahalı idman klubları: "10-luq"da futbol klubu yoxdur

Nüfuzlu “Forbes” nəşri dünyanın ən bahalı idman klublarının adlarını açıqlayıb.

Mediasport.az xəbər verir ki, siyahının ilk "10-luğ"unda futbol klubu yer almayıb.

Ümumilikdə 50 idman klubunun cəmləşdiyi sıralamada cəmi 7 futbol klubu var ki, ən yaxşı göstərici 6.07 milyard dollarla Madrid "Real"ına məxsusdur - 11-ci yer.

Siyahının 60 faizi ABŞ-nin Milli Futbol Liqasının (NFL) təmsilçilərindən ibarətdir. “50-lik”də həmçinin Milli Basketbol Assosiasiyası (NBA), “Formula 1” və Beysbol Liqasının (MLB) klubları da var.

“Mançester Yunayted” (İngiltərə - 6 milyard dollarla 13-cü), “Barselona” (İspaniya - 5,508 milyard dollarla 18-ci), “Liverpul” (İngiltərə - 5,288 milyard dollarla 20-ci), “Mançester Siti” (İngiltərə - 4,99 milyard dollarla 23-cü), “Bavariya” (Almaniya - 4,86 milyard dollarla 24-cü) və PSJ (Fransa - 4,21 milyard dollarla 36-cı) siyahıya düşüblər.


Ən bahalı 10 idman klubu:

1. “Dallas Kovboys” (NFL) – 9 milyard dollar

2. “Nyu-York Yankis” (MLB) – 7,1 milyard dollar

3-4. "Qolden Steyt Uorriors” (NBA) – 7 milyard dollar

“Nyu-İnqlənd Patriots” (NFL) – 7 milyard dollar

5. “Los-Anceles Rems” (NFL) – 6,9 milyard dollar

6. “Nyu-York Cayents” (NFL) – 6,8 milyard dollar

7. “Çikaqo Berz” (NFL) – 6,3 milyard dollar

8. “Las-Veqas Reyders” (NFL) – 6,2 milyard dollar

9-10. “Nyu-York Niks” (NBA) – 6,1 milyard dollar

“Nyu-York Cets” (NFL) – 6,1 milyard dollar