Heydər Əliyev İdman-Konsert Kompleksində MMA zalı açılıb

Heydər Əliyev İdman-Konsert Kompleksində MMA zalı açılıb

Heydər Əliyev adına İdman-Konsert Kompleksində MMA zalı istifadəyə verilib.

Mediasport.az xəbər verir ki, Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Nazir idman zalına baxış zamanı buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb və müvafiq tövsiyələr verib.

Fərid Qayıbov həmçinin idmançı və məşqçilərlə söhbət edib, onların hazırlıqları ilə maraqlanıb.