Səmədov peşəkar döyüşə qayıdır! - "Təklif alsam, dəyərləndirəcəm"

Səmədov peşəkar döyüşə qayıdır! - "Təklif alsam, dəyərləndirəcəm"

"Karyeramı yenidən bərpa etməyi düşünmürəm. Amma maraqlı təklif alsam, bunu dəyərləndirəcəm".

mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İnformasiya Agentliyinə açıqlamasında tanınmış kikboksçu Zabit Səmədov deyib.

“Mauqli” ləqəbli idmançı bildirib ki, təklifi qəbul edəcəyi halda ona vaxt lazımdır: "Mənim 38 yaşım var. Bu yaşda peşəkar döyüşə 1 aya hazırlaşmaq çətindir. Ən azı 3-5 ay ərzində hazırlıq prosesi keçməliyəm".

Z.Səmədov peşəkar karyerasını ötən ilin sentyabrında başa vurub. Bakıda təşkil olunan vida döyüşündə o, braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı birinci raundda nokauta salmaqla kəmərə sahib olub. Kikboksçumuz karyerası ərzində 113 döyüş keçirib, 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.