Millimizin keçmiş üzvü “Bellator-290” turnirində döyüşə çıxacaq

Millimizin keçmiş üzvü “Bellator-290” turnirində döyüşə çıxacaq

Sərbəst güləş üzrə milli komandamızın sabiq üzvü Əli İsayev “Bellator-290” turnirində döyüşə çıxacaq.

mediasport.az xəbər verir ki, onun rəqibi ABŞ təmsilçisi Stiv Mouri olacaq.

31 yaşlı amerikalı döyüşçü bundan əvvəlki görüşlərinin hamısında qalib gəlib.

Əli İsayev 2019-cu ildə ağır çəkidə ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan PFL Qran Prisinin qalibi olub. MMA döyüşçüsü həmin vaxtdan yarışa çıxmayıb. İsayev 2009-cu ildə Azərbaycan yığmasının heyətində 120 kq çəki dərəcəsində Avropa çempionu olub.