"Formula 1" Türkiyədə!
"Həm "Formula 1", həm də FİA (Beynəlxalq Avtomobil Federasiyası) rəsmiləri ilə görüşmələrimiz nəticəsində apardığımız danışıqlara əsasən, deyə bilərəm ki, Türkiyədə yarışın keçirilməsini istəyirik".
Mediasport.az xəbər verir ki, bunu Türkiyə Avtomobil İdmanları Federasiyasının başçısı (TOSFED) Eren Üçlertoprağı deyib.
Federasiya başçısı "Ən yaxın hansı tarixdə Türkiyədə "Formula 1" yarışı keçirilə bilər?" sualını belə cavablandırıb:
"Bildiyiniz kimi, "Formula 1" idman növü olmaqla yanaşı, həm də marketinq fəaliyyətidir. Sözügedən yarışı ölkəmizdə təşkil etmək üçün ən yaxın tarix 2026-cı ildir. Həmin tarixə qədər olan müddət bizim üçün kifayət qədər münasibdir".