Tofiq Musayev qalib gəlib, Vüqar Kərəmov titulunu qoruya bilməyib

Tofiq Musayev qalib gəlib, Vüqar Kərəmov titulunu qoruya bilməyib
Tofiq Musayev qalib gəlib, Vüqar Kərəmov titulunu qoruya bilməyib
Tofiq Musayev qalib gəlib, Vüqar Kərəmov titulunu qoruya bilməyib

Dünya şöhrətli “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda “Landmark 7” turniri keçirilib.

Mediasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan yarışda Azərbaycanın 5 MMA döyüşçüsü rinqə çıxıb.

İlk görüşdə Tural Rəhimov cənubi koreyalı rəqibi Kyun Pyu Kimə məğlub olub.

İkinci qarşılaşmada Mehman Məmmədov Türkiyədən olan MMA döyüşçüsü Fərid Göktəpə ilə üz-üzə gəlib. Nəticədə Azərbaycan idmançısı qalib gəlib.

Üçüncü dueldə Nəriman Abbasov rusiyalı Ali Abdulxalikova uduzub.

Dördüncü görüşdə Yaponiya təmsilçisi Toji Takeda ilə qarşılaşan Tofiq Musayev qələbə qazanıb.

Gceənin əsas döyüşü Vüqar Kərəmov və yaponiyalı Çihiro Suzuki arasında olub. Azərbaycan təmsilçisi rəqibinə ilk raundda məğlub olaraq kəmərini qoruya bilməyib.