Azərbaycanın MMA döyüşçüsü rəqibinə ilk dəqiqədə qalib gəldi

Azərbaycanın MMA döyüşçüsü rəqibinə ilk dəqiqədə qalib gəldi

Azərbaycanın MMA döyüşçüsü Həsən Həsənov qaydasız döyüşdə növbəti qələbəsini qazanıb.

mediasport.az xəbər verir ki, idmançımız Gürcüstanın Qori şəhərində keçirilən “GFC 21” turnirində yerli döyüşçü Beko Qoqoladze ilə qarşılaşıb.

Təmsilçimiz rəqibini döyüşün elə startındaca boğucu fəndə salaraq məğlub edib.