Avropa çempionatı: Fətəliyeva maksimum nəticə ilə irəliləyir
Yunanıstanın Rodos arasında keçirilən qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında 3-cü turun oyunları baş tutub.
Mediasport.az xəbər verir ki, Azərbaycanın 10 təmsilçisindən yalnız Ülviyyə Fətəliyeva maksimum nəticə ilə irəliləyir.
İlk 2 turda qələbə qazanan zəka sahibi bu dəfə Bolqarıstan şahmatçısından üstün olub.
Günay Məmmədzadə və Gövhər Beydullayeva bu dəfə xalları yarıya bölüblər.
Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.
Şəxsi Avropa çempionatı. 3-cü tur
Günay Məmmədzadə – Olqa Babiy (Ukrayna) – 0,5:0,5
Yuliya Antolak (Polşa) – Gövhər Beydullayeva – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Beloslava Krasteva (Bolqarıstan) – 1:0
Xanım Balacayeva – Laura Şultse (Almaniya) – 0,5:0,5
Bodhara Sinanvandhan (İngiltərə) – Gülnar Məmmədova – 0,5:0,5
Ləman Hacıyeva – Lilit Mkrtçan (Ermənistan) – 0:1
Nərmin Abdinova – Aleksandra Lax (Polşa) – 0:1
Yekaterini Pavlidey (Yunanıstan) – Səbina Rzalı – 0,5:0,5
Yohanna Blyubaum (Almaniya) – Səbina İbrahimova – 0:1
Ayan Allahverdiyeva – Sofiya Silva (Portuqaliya) – 1:0