Millimiz Ümumdünya Şahmat Olimpiadasına uğurla start verdi

Millimiz Ümumdünya Şahmat Olimpiadasına uğurla start verdi

Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

mediasport.az xəbər verir ki, yığma ilk turda Paraqv seçməsini 4:0 hesabı ilə məğlub edib.

Fərid Abbasovun kapitanı olduğu komandanın heyətində Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edirlər.

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.