İddialıların duelini "Sabah" qazandı - Azərbaycan Basketbol Liqası
Azərbaycan Basketbol Liqasında 4-cü tura yekun vurulub.
mediasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçında "Sabah" "Gəncə"ni 81:70 hesabı ilə məğlub edib. Ən məhsuldar basketbolçular qərb təmsilçisindən Kollin Törner (23 xal, 5 asist), paytaxt klubundan isə Entoni Patti (19 xal, 12 ribaund) olub.
Turun son dueli "Zirvə Astara" və "Sərhədçi" arasında baş tutub. Paytaxt təmsilçisi 94:79 hesablı qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Zo Tayson (26xal, 11 ribaund), "Sərhədçi"dən isə Maykl Uinn (31 xal, 3 asist) olub.
Həftəiçi oynanılan digər iki qarşılaşmada NTD "AAAF Xırdalan"a (99:97) qalib gəlib, "Neftçi" "Olimpik Şəki"yə uduzub - 73:76.